Fransa portalında Azərbaycan səfirinin ermənipərəst siyasətçilərə cavab məqaləsi dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

Fransa portalında Azərbaycan səfirinin ermənipərəst siyasətçilərə cavab məqaləsi dərc olunub

S.Xankişiyeva15:52 - 24 / 04 / 2021
Fransa portalında Azərbaycan səfirinin ermənipərəst siyasətçilərə cavab məqaləsi dərc olunub

Təəssüf ki, Fransada biz həqiqi kommunitarizmlə üz-üzə qalırıq, çünki bir çox seçki, siyasi və digər düşüncələrə görə müəyyən təsir dairələri (senatorlar, deputatlar, bələdiyyə sədrləri, siyasətçilər, jurnalistlər və s.) erməni icmasının maraqlarını Azərbaycan icmasının maraqlarından üstün tutur və önə çıxarırlar. Ən pisi isə bu dairələrin kommunitarizm tərəfkeşliyi Fransa qanunvericiliyindən, xüsusilə də beynəlxalq hüquqdan kənara çıxır.

Kommunitarizmdən çıxın, Ermənistan ilə Azərbaycan arasında dialoqun və sülhün bərqərar olmasına töhfə verin.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Causeur” portalında Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevin bəzi fransız siyasətçilərinin söylədiyi cəfəngiyata cavab məqaləsində dərc olunub. Məqalədə ermənipərəst fransız siyasətçilərin ermənilərdən eşitdikləri cəfəngiyata uyaraq, yalanlar yazmasına etiraz bildirilib. Ermənipərəst fransız siyasətçilərin söylədikləri yalanları ifşa edən həqiqətlər diqqətə çatdırılıb.

Məqalədə qeyd olunur ki, əslində, bununla ermənipərəst fransız siyasətçilər Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, hüquqi və siyasi aspektlərini bilmədiklərini, daha çox bilmək istəmədiklərini aydın şəkildə göstərirlər.

Azərbaycan səfiri münaqişə ilə bağlı söylənilən fikirlərə aydınlıq gətirərək əsl həqiqəti təqdim edib. Qarabağın tarixi və tarixboyu inkişafı ilə bağlı məlumat verilən məqalədə ermənilərin məqsədli şəkildə Azərbaycanın Qarabağ bölgəsinə, ümumiyyətlə Qafqaza köçürülməsi haqqında tanınmış tədqiqatçıların və tarixçilərin əsərlərindən sitatlar gətirilib.

Yazıda Qarabağda azərbaycanlıların ermənilərin etnik təmizləmə siyasətinə məruz qaldıqları, ötən əsrin sonlarında 800 minə qədər azərbaycanlının doğma yurdundan didərgin salındığı qeyd edilib.

Səfir Ermənistan-Azərbaycan münaqişəsinin dini zəmində olduğunu iddia edənlərə cavab verərək yazır ki, konfliktin əsasında erməni nifrəti, etnik təmizləmə və təcavüzkar siyasət dayanır. Azərbaycan tolerant, etnik qrupların dinc yanaşı yaşadığı dünyəvi ölkədir.

Minsk qrupunun 28 il müddətində apardığı danışıqların səmərəsizliyini vurğulayan səfir qeyd edir ki, təşkilat BMT Təhlükəsizlik Şurasının qətnamələrinin reallaşdırılması üçün heç bir real iş görməyib.

Üçtərəfli Bəyanatın imzalanması ilə başa çatan 44 günlük Vətən müharibəsində Azərbaycan, əslində, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qətnamələrini təkbaşına icra etdi.

Məqalədə bildirilir ki, üçtərəfli Bəyanatdan sonra Azərbaycanda ələ keçirilən ermənilər terrorçudurlar və onlar azərbaycanlıları qətlə yetiriblər. Bu, Ermənistanın üçtərəfli Bəyanatın şərtlərini pozmasıdır və bu ölkə bütün hərbi fəaliyyətlərə son qoymalıdır.

Paylaş:
376

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər