Putin Paşinyanla Qarabağla bağlı vəziyyəti müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Putin Paşinyanla Qarabağla bağlı vəziyyəti müzakirə edib

S.Xankişiyeva16:17 - 24 / 04 / 2021
Putin Paşinyanla Qarabağla bağlı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Bildirilib ki, Rusiya sülhməramlılarının səyləri sayəsində regiondakı vəziyyət sabit və sakitdir”, - məlumatda deyilir.

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər