Bu gün Bakıda 551 küçə dezinfeksiya edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakıda 551 küçə dezinfeksiya edilib - FOTO

S.Xankişiyeva18:00 - 24 / 04 / 2021
Bu gün Bakıda 551 küçə dezinfeksiya edilib - FOTO

Bu gün paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib. 551 küçə dezinfeksiya edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, səhər saatlarından etibarən cari ildə dördüncü, pandemiyanın əvvəlindən isə 22-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 551 küçə dezinfeksiya olunub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər