QHT-lər bəyanat verdi: “Türkiyənin, yəni haqq-ədalətin yanındayıq!”
Azərbaycanın bir sıra QHT-ləri ABŞ prezidenti Co Baydenin 24 aprel hadisələri ilə bağlı çıxışında “soyqırımı” ifadəsini işlətməsinə etiraz olaraq bəyanat yayıblar.
Bəyanatı olduğu kimi təqdim edirik:
“Artıq illərdir ki, bir sıra dövlətlər qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirirdilər.
Təəssüflər olsun ki, Türkiyə ilə eyni hərbi blokun– NATO-nun üzvü olan, Türkiyəni Yaxın Şərqdəən böyük müttəfiqi hesab edən ABŞ rəhbərliyi də qondarma soyqırımı kartından istifadə etməyə start verdi. Prezident Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi onun erməni lobbisinin təsirində olduğunu göstərərək ciddi siyasətçi olmasını şübhə altına aldı.
Qondarma “soyqırımı” kartını istifadə edənlər nədənsə həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Azərbaycanda törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirirlər. Bu qərəzli qüvvələr nədənsə 100 il bundan öncə baş verən hadisələrə soyqırımı kimi münasibət bildirərkən, 30 il bundan öncə müasir dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımına hələ dəədalətli qiymətin verilməməsində israrlıdırlar.
Türkiyəni soyqırımında ittiham edən Co Bayden və onun kimi erməni lobbisinin təsirində olan qüvvələr unudurlar ki, heç də uzaq olmayan tarixdə ABŞ Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombası atan dövlətdir. İraqda, Suriyada demokratiya altında milyonlarla insanın ölümünüə səbəb olan dövlətdir. Bundan əlavə, ABŞ 200 il bundan əvvəl antik mədəniyyətə sahib olan hindu, qızıldərili xalqları soyqırıma uğradıb, onları tarix səhnəsindən silən dövlətdir. Belə ciddi faktlar olarkən ABŞ Prezidentinin Türkiyəyə soyqırımı iddiası tarixin ironiyasıdır.
Bu həm də qərəzlilik, erməni təəssübkeşliyi, ikili standart nümunəsidir ki, Co Baydenin timsalında bunun şahidi oluruq. İllərdir Türkiyə rəhbərliyinin arxivləri açmaq üçün dünya tarixçilərini dəvət etməsinə məhəl qoymayan böyük dövlətlərin siyasətçiləri baş vermiş hadisələrə həqiqətlər deyil, maraqlar prizmasından yanaşır, Türkiyənin regionun əsas aktoruna çevrilməsini həzm etmir, bu yüksəlişin qarşısını belə ucuz yollarla almağa çalışırlar. Erməni lobbisinin əsirinə çevrilən ABŞ prezidenti Co Bayden tərəfindən "soyqırım" ifadəsinin işlədilməsi ABŞ rəhbərliyinin tarixi səhvidir və ABŞ Türkiyə, ABŞ-Türk dünyası münasibətlərinə böyük xələldir.
Biz Azərbaycan ictimaiyyətinin nümayəndələri bildiririk ki, 1915-ci il hadisələrində ermənilərdən daha çox türklər öldürülmüşdür və bu bütün arxiv materiallarında bu faktlar öz təsdiqini tapmaqdadır. Bunu isə siyasətçilər deyil, tarixçilər təftiş etməlidir.
Buna görə də, ABŞ Prezidentinin məlum ifadəsini şiddətlə qınayırıq, Türkiyənin tarixində heç bir zaman soyqırım olmadığını bildirməklə yanaşı, Amerika rəhbərliyini ədalətli olmağa çağırırıq!
Həmçinin Co Baydenin bu ifadəni işlətməsini düşünülməmiş, qərəzli, yanlış addım hesab etməklə tək Türkiyənin deyil, bütövlükdə haqqın-ədalətin yanında olduğumuzu bəyan edirik”.
1.“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi- Çingiz Bayramov
2.“Gənclərin Töhfəsi” İctimai Birliyi- Asim Vəliyev
3.“Milli Fikir və İnkişaf Mərkəzi” – Anar Turan
4.“Azərbaycan-Türkiyə” Qida Təhlükəsizliyi İctimai Birliyi – Məhsəti Hüseynova
5.“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi – Ceyhun Abdulov
6.“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası – Nurəddin Mehdiyev
7.“Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər” Cəmiyyəti – İlqar Orucov
8.“Azərbaycan Demokratik Tələbə Gənclər” İctimai Birliyi – Gülnarə Bağırova
9.“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi – Kamil Həmidov
10. “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyi – Aydınxan Əbilov
11.“Gənc Beynəlxalq Hüquqşünaslar” İctimai Birliyi – Nərgiz Qurbanov
12.“Azəri Gənclər Alyansı” İctimai Birliyi – Leyla Məmmədli
13.“Gənc Vətənpərvərlər” İctimai Birliyi – Müqamət Əliyev
14.“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi – Samirə Mustafayeva
15. “İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər” İctimai Birliyi – Araz Əhmədov
16. “Yurd Gənclərin İntellektual İnkişafına Dəstək” İctimai Birliyi – Ramin Mahmudov
17.Azərbaycandan Yaşayan Axısxa Türklərinin “Vətən” Cəmiyyəti – İsmayıl Rəhimov
18. “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi – Kazım Məmmədov
19. “Gənc Diplomatların Peşəkarlığının Artırılmasına Dəstək” İctimai Birliyi – Azad Abıyev
20.“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” – Tofiq Əli-zadə
21.”Azərbaycan Maarifçi Gənclər Təşkilatı”İctimai Birliyi – Mərziyyə Aslan
22.“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” – Elçin Manafov
23.“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi – Vidadi Fətullayev
1news.az