Qarabağ bölgəsi və ətraf rayonlarının su ehtiyatlarının həcmi açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatlarının həcmini açıqlayıb.
1news.az Trend-ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, doqquz su anbarı mövcuddur:
"Araz, Bərgüşad, Tərtər, Hərkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin ürzində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələn çay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbrları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin(1 milyard 612 milyon) kubmetrdir. Çaylardan ən böyüyü isə Arazçaydır. Onun uzunluğu ( 1072) kilometrdir".
Nazir müavini deyib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühim əhəmiyyət daşıyır.
1news.az