Milli Televiziya və Radio Şurasının üzvü təyin edilən Mübariz Əsgərovun DOSYESİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Televiziya və Radio Şurasının üzvü təyin edilən Mübariz Əsgərovun DOSYESİ

Qafar Ağayev17:22 - 29 / 04 / 2021
Milli Televiziya və Radio Şurasının üzvü təyin edilən Mübariz Əsgərovun DOSYESİ

Prezident İlham Əliyevin Sərəncamı ilə Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

1news.az Mübariz Əsgərovun haqqında məlumatı təqdim edir:

“Mübariz Əsgərov 1962-ci il yanvarın 20-də Ucarda anadan olub.

Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb. Ailəlidir, 3 övladı var. 1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də lahiyə rəhbəri vəzifəsində çalışıb. Qulp satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARBTV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olmuşdur. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.

Bəy havası, 1 mətbuat konfransının tarixi, Qarabağ: əsirlər və girovlar. Közərən xaç, Şuşanın dağları qara dumanlı, Xocalı dərsi, Ölüm hökmü - ömürlük cəza, Kəlbəcərin son günü filmlərinin müəllifidir.

Paylaş:
1967

Son xəbərlər

Bütün xəbərlər