ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başlayıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başlayıb

12:01 - 30 / 04 / 2021
ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başlayıb

ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başlayıb, bölgəyə ehtiyat tədbiri olaraq əlavə qüvvələr və vasitələr göndərilib.

1news.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer deyib.

Jan-Pyer bildirib: "Qoşunların çıxarılması prosesi başlayıb. Ötən həftə Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ qoşunlarının Əfqanıstandan təhlükəsiz çıxarılmasını təmin etmək üçün Hərbi Qüvvələrin Mərkəzi Komandanlığının müvəqqəti olaraq əlavə vasitələrin (Əfqanıstanda - red.) yerləşdirilməsi tələbini təsdiqləyib".

Onun sözlərinə görə, "B-52H Stratofortress" strateji bombardmançı təyyarələri ABŞ və koalisiya qüvvələrini qorumaq üçün Mərkəzi Komandanlığın məsuliyyət bölgəsində yerləşdirilib: "ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə aviadaşıyıcısı "Dwight Eisenhower" hazırkı missiyasını davam etdirəcək və missiyanı iyul ayında tamamlamağı planlaşdırır".

1news.az

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər