Xarici işlər nazirinə yeni müavin təyin olundu - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Xarici işlər nazirinə yeni müavin təyin olundu - FOTO

S.Xankişiyeva10:59 - 30 / 04 / 2021
Xarici işlər nazirinə yeni müavin təyin olundu - FOTO

Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elnur Məmmədov nazir müavini təyin edilib.

Bu təyinatdan əvvəl Elnur Məmmədov Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin rəisi vəzifəsində çalışıb. Müxtəlif illərdə təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər