PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər – FOTO – VİDEO

S.Xankişiyeva16:17 - 04 / 05 / 2021
PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər – FOTO – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, məşq prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda əldə etdikləri vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki uçuşlar və təlim-döyüş tapşırıqları icra edirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar edərək qarşıya qoyulan tapşırıqları icra edir, müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulan xüsusi PUA-lardan istifadə olunur.

PUA heyətləri şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması, məhv edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarəedilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları da icra edirlər.

Təlim-məşq uçuşları çərçivəsində heyətlər praktiki döyüş atışları icra edərək şərti düşmən hədəflərini dəqiqliklə məhv edirlər.

Paylaş:
79

Son xəbərlər

“Yeni təqaüd qaydaları və imkansız tələbələrin təhsil haqqından azad olunması” - “Çıxışa doğru”da MÜZAKİRƏ05 / 05 / 2021, 18:44Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb05 / 05 / 2021, 18:05Ən çox kubok qazanan baş məşqçilər - SİYAHI05 / 05 / 2021, 17:58Gəncədə evləri su basdı, FHN əməkdaşları əraziyə cəlb edildi - VİDEO05 / 05 / 2021, 17:51Bakıda 108 ədəd binanın sakinləri köçürülür - RƏSMİ05 / 05 / 2021, 17:50Azərbaycan və Gürcüstan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər – FOTO – YENİLƏNİB05 / 05 / 2021, 17:45Ana yurdu candan əziz tutanlar - VİDEO05 / 05 / 2021, 17:44Bakının məşhur “Luna Parkı” yenidən qurulur - VİDEO05 / 05 / 2021, 17:41Prezident İlham Əliyev Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb05 / 05 / 2021, 17:36ABŞ Azərbaycanın bu addımını alqışlayıb05 / 05 / 2021, 17:22Ermənistan ordusunun hərbçisi ölüb05 / 05 / 2021, 17:16Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb - FOTO05 / 05 / 2021, 17:01Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb – CƏDVƏL05 / 05 / 2021, 17:00Xalq şairi Fikrət Qoca dəfn olunub05 / 05 / 2021, 16:55Azərbaycanda koronavirus: 1080 yeni yoluxan, 2074 sağalan var - STATİSTİKA05 / 05 / 2021, 16:39“ƏDVGeriAl” layihəsindən vətəndaşlara qaytarılan pulun məbləği açıqlandı05 / 05 / 2021, 16:36Prezident və xanımı Fikrət Qocanın dəfn mərasiminə əklil göndərib05 / 05 / 2021, 16:32ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!05 / 05 / 2021, 16:30“Xalçaçı günü” Qarabağda qeyd olundu - FOTO05 / 05 / 2021, 16:10Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib05 / 05 / 2021, 16:09
Bütün xəbərlər

Next TV