Azərbaycanlı alimin kitabı 13 ölkədə çap edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı alimin kitabı 13 ölkədə çap edilib

Qafar Ağayev16:35 - 16 / 05 / 2021
Azərbaycanlı alimin kitabı 13 ölkədə çap edilib

ABŞ-da yaşayan soydaşımız, hazırda Fransanın Strasburq şəhərində doktorantura pilləsində təhsili alan alim-tədqiqatçı Adəm Seymurun “Duyğularımızdan kənar” (“Beyond our feelings”) adlı yeni kitabı işıq üzü görüb.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, kitabda daha ağıllı seçimlər etmək, dərin, davamlı münasibətlər qurmaq və insan şüurunun həqiqi potensial imkanlarından bəhs edilir. Müəllif şüuraltı duyğu və düşüncələrin necə işləməsi, mənfi hisslərdən qurtulmaq, onları sağlam duyğularla əvəz etmək, gücü səfərbər etmək və insani dəyərlərə qayıtmaq kimi mövzuları araşdırıb.

"Amazon" qlobal ticarət portalında satışa çıxarılan əsərə böyük maraq var. Kitab 13 ölkədə (ABS, Kanada, Meksika, İngiltərə, Fransa, İtaliya, Hollandiya, Almaniya, İspaniya, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Hindistan) çap olunub. Artıq, kitabın elektron variantını "Amazon kindle"dan da əldə etmək olar.

Qeyd edək ki, Adəm Seymur insan şüuru və mənəviyyatı ilə maraqlanan alim-tədqiqatçıdır. 12 ildən çoxdur ki, ABŞ və Fransada yaşayan soydaşımız Bostonda magistr dərəcəsi alıb.

Paylaş:
701

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər