ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edib

09:49 - 18 / 05 / 2021
ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edib

17 may 2021-ci il tarixində axşam radələrində ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. Ceyk Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı bildirib. Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Prezident İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Paylaş:
486

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb22 / 06 / 2021, 18:06“Anadolu Qartalı-2021” təlimi başlayıb - Azərbaycan hərbçiləri də iştirak edir - FOTO22 / 06 / 2021, 17:50Türkiyə COVID-19-a qarşı peyvənd istehsal edəcək22 / 06 / 2021, 17:43Novxanı çimərliyində “avtoşluq” edən “Niva” sürücüləri saxlanıldı - VİDEO22 / 06 / 2021, 17:40Fulya Öztürk: Bu film məndən yox, Qarabağ müharibəsindən bəhs edir - VİDEO22 / 06 / 2021, 17:31Azərbaycanda yeni Nəbatat bağı salınacaq22 / 06 / 2021, 17:20Azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd edən 3 nəfər saxlanıldı22 / 06 / 2021, 17:05Toylarda sərinkeşlərdən istifadə qadağan edildi22 / 06 / 2021, 16:57Vurulan vaksinlərin sayı 3 milyonu keçdi - STATİSTİKA22 / 06 / 2021, 16:39Azərbaycanda 22 iyuna olan koronavirus statistikası açıqlandı22 / 06 / 2021, 16:33Qüdsdə İsrail polisi ilə toqquşmalarda 20 fələstinli yaralanıb22 / 06 / 2021, 16:20Ceyhun Bayramov Qulam İshaqzai ilə görüşüb22 / 06 / 2021, 15:43“Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub, 388 vakansiya təqdim edilib22 / 06 / 2021, 15:33Daha bir avtobusda ödəniş kartla olacaq22 / 06 / 2021, 15:24Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılır - FƏRMAN22 / 06 / 2021, 15:21“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun təsdiqləndi22 / 06 / 2021, 15:08Energetika Nazirliyinin işçilərinin say həddində dəyişiklik edilib22 / 06 / 2021, 15:04Vətən Haqqı: Şəhidimiz Azərbaycan çempionu Muxtar Qasımlı - VİDEO22 / 06 / 2021, 14:58Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi22 / 06 / 2021, 14:56Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı22 / 06 / 2021, 14:53
Bütün xəbərlər

Next TV