İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib

First News Media11:27 - Bu gün
İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib

Prezident İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları xanım Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, San Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər