30 aprel 2021-ci il tarixində 7-ci HR Meetup tədbiri keçirildi – FOTO – VİDEO
30 aprel 2021-ci il tarixində Bakı şəhərində İnsan Resursları üzrə mütəxəssislərin bir araya gəldiyi 7-ci HR Meetup tədbiri keçirildi.
Tədbirdə Azərbaycanın nəhəng korporasiya və müəssisələrindən 50-dən çox nümayəndə iştirak edirdi. Bu, 2020-ci ilin əvvəlindən pandemiya səbəbindən ölkədəki qapanma və sərhədlərinin bağlanmasından sonra ilk analoji tədbir oldu.
Sözügedən HR Meetup tədbiri 2019-cu ildə Opalus Partners Group şirkətinin İcraçı Direktoru Çimnaz Qasımovanın təşəbbüsü ilə yaradılmışdır və tədbir müxtəlif təyinatlı təşkilatlar və sənaye sahələrindən İR mütəxəssislərini bir araya gətirmək məqsədinə xidmət edir. HR Meetup işgüzar şəbəkə qurmaq, habelə bilik və təcrübə mübadiləsi aparmaq üçün unikal platformanı təmin edir. Son tədbir, İnsan Resurslarının təşkilatlarda vacib rolunun perspektivlərini müzakirə etmək, normativləri nəzərdən keçirmək, bu sahədə qabaqcıl praktikalardan yararlanmaq və onları təcrübədə tətbiq etmək məqsədilə bir neçə iri korporasiya İcraçı direktorlarını bir araya gətirmişdir.
Bu tədbir ölkədəki qapanma şəraitində keçirilən onlayn tədbirlərdən fərqli olaraq, lakin COVID-19 qaydalarına tam riayət etməklə, nəhayət şirkətlərin nümayəndələrini canlı olaraq bir araya gətirdi. Çıxış edənlər, pandemiyanın iş təcrübələrinə təsiri, İR bazarında yeni tendensiyalar və yanaşmalar, eləcə də insan resurslarının idarə edilməsində günümüzün reallıqlarının əks olunduğu dəyişiklikləri müzakirə etdilər. Tədbir zamanı həm beynəlxalq, həm də yerli qurumlara xas olan ən yaxşı təcrübələr, strategiyalar və yeni standartlar nəzərdən keçirildi. Həmçinin son illər ərzində Azərbaycanda insan resurslarının idarə edilməsinə artan maraq, bu sahədə olan inkişaf və xarici təcrübənin yerli bazarda tətbiqinin nəticələri müzakirə olundu. Təqdimat xarakterli tədbir iştirakçılar arasında polemika və interaktiv sual-cavab sessiyası ilə müşayiət olundu. Yeni reallıqlar fonunda qabaqcıl yanaşmalar bu işgüzar şəbəkə üçün analoji tədbirlərin gələcəkdə daha intensiv keçirilməsinə təkan yaratdı.
"Pandemiya dövrü biznesə necə təsir etdi" mövzusunda 7-ci HR Meetup tədbiri aşağıdakı natiqlərin iştirakından qürur duydu:
- Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli;
- Paşa Bankın İdarə heyətinin sədri Taleh Kazımov;
- BP şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli;
- GemZA Group şirkətinin Baş direktoru Zamin Əliyev;
- Azerconnect şirkətinin Müştəri və Rəqəmsal Xidmət İdarəsinin direktoru Edqar Abdullayev.
Tədbirin təşkili həm insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar üçün, həm qurum və təşkilatlar üçün, həm də cəmiyyət üçün çox uğurlu nəticələrlə yadda qaldı.