“Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik” - Prezident | 1news.az | Xəbərlər
Siyasət

“Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik” - Prezident

Qafar Ağayev12:59 - 21 / 05 / 2021
“Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik” - Prezident

Həm BP, həm də Azərbaycan bərpa olunan enerji mənbələri üzərində fəal çalışırlar. Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Xüsusilə Qarabağın işğaldan azad olunmuş ərazilərini “yaşıl zona” və “ağıllı şəhər” elan etdiyimizi nəzərə alsaq, bu, bizim üçün çox faydalı olacaqdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində bizimlə işləmək üçün ilk əcnəbi şirkətlər sırasında Britaniya şirkətlərini də tərəfdaşlarımız qismində dəvət etmişik və bu proses artıq başlayıb. Artıq şəhərlərin baş planları hazırlanmışdır və biz çox fəal fazadayıq. Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik. Əminəm ki, komissiyanın iclası zamanı bu məsələ də müzakirə olunacaqdır. Beləliklə, bizim ikitərəfli əməkdaşlığımızın həqiqətən də geniş gündəliyi var. Bir daha Azərbaycana xoş gəlmisiniz".

Paylaş:
436

Son xəbərlər

COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37
Bütün xəbərlər