ADNSU-da “Kapital Bank otağı” təqdim edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADNSU-da “Kapital Bank otağı” təqdim edildi

S.Xankişiyeva14:00 - 27 / 05 / 2021
ADNSU-da “Kapital Bank otağı” təqdim edildi

Ölkədə təhsilin inkişafına önəm verən Kapital Bank, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlığı çərçivəsində tələbələrə yeni “Kapital Bank otağı”nı təqdim edib.

Bank tərəfindən təmir olunan və ADNSU tərəfindən lazımi avadanlıqlarla təchiz edilən auditoriyada İqtisadiyyat və Menecment fakültəsinin tələbələrinə universitetin professor və müəllimləri ilə yanaşı, Kapital Bank-ın mütəxəssislərinin də mühazirələri, təlimləri təşkil olunacaq.

Təqdimat mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, Gündəlik bankçılıq sahəsinin lideri Zakir Xanməmmədov və digər qonaqlar iştirak edirdi.

“Maliyyə sektorunun ən fəal işəgötürən təşkilatı olaraq daim gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verərək, gənclər üçün müxtəlif təcrübə proqramları, könüllü fəaliyyət istiqamətləri və fərdi inkişaf layihələri təşkil edirik. Ali məktəblərdə keçirilən “Karyera Günləri” tədbirlərinə qoşulan gəncləri təcrübə proqramlarına cəlb edərək, sonda yaxşı nəticə göstərənləri banka işə götürürük. Əminəm ki, ADNSU ilə olan bu əməkdaşlığımız həm bank, həm də ali məktəb üçün faydalı olacaq”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirdi.

Açılış mərasimində həmçinin, vaxtilə ADNSU-nun tələbəsi olmuş, bir müddət əvvəl isə keçirilən "BirCode" təcrübə proqramının iştirakçısı olan Fazil Mehdiyev də iştirak edirdi. Hazırda o, Kapital Bank-ın Bankdaxili həllər sahəsinin Backend developer-i vəzifəsində çalışır. Fazil tədbir iştirakçılarına öz təcrübəsi və tövsiyələri barədə məlumat verdi.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
574

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər