Azərbaycanda şərab və şərab materialları istehsalında 30,9 faiz artım olub
“Daxili bazar istehsalçılarının mənafelərinin qorunmasına və aksizli məhsullar sektorunda şəffaflaşdırmaya yönəli islahatlar öz nəticəsini göstərir”.
1news.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında yazıb.
Nazir qeyd edib ki, 2021-ci ilin 3 ayında ötən ilin eyni dövrü ilə müqayisədə şərab və şərab materialları istehsalında 30,9 faiz, pivə istehsalında 32,5 faiz, konyak və konyak materialları istehsalında 10,6 dəfə artım müşahidə olunur.
522