Deputat: “Həm Çin, həm də Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Həm Çin, həm də Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir”

Qafar Ağayev17:47 - 04 / 06 / 2021
Deputat: “Həm Çin, həm də Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir”

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbəti olub. Telefon danışığı zamanı önəmli məsələlər müzakirə olunub.

Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təmasının, eləcə də bu təmaslar zamanı aparılan müzakirələrin əhəmiyyəti nələrdən ibarətdir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib ki, müasir beynəlxalq münasibətlər sistemində Çinin olduqca ciddi mövqeləri mövcuddur:

“Çin həm geoiqtisadi, həm də geosiyasi mənada fəal dövlətdir. Getdikcə dünya bazarında Çinin iştirakçılığı artmaqdadır, müvafiq olaraq da yeri möhkəmlənməkdədir. Çinin Azərbaycana münasibəti hər şeydən əvvəl Azərbaycana etibarlı tərəfdaş kimi baxdığını aydın göstərir. Yəni, hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir, Azərbaycan da Çinin siyasətini hər zaman dəstəkləyən ölkələrdəndir.

Nəzərə almaq lazımdır ki, müstəqilliyin ilk illərindən Azərbaycan və Çin arasında münasibət və əməkdaşlıq hər zaman inkişafa meyilli olub. Ümummilli lider Heydər Əliyev hələ 1994-cü ildə Çinə səfər etmişdi və təbiii ki, bundan sonra Çinlə Azərbaycan arasında kifayət qədər konstruktiv dialoq yaranmış, əməkdaşlıq istiqamətləri müəyyənləşmişdi. Bu əməkdaşlıq istiqamətləri üzrə əlaqələr bu gün yüksək səviyyədə davam etməkdədir. Yeni əməkdaşlıq istiqamətləri haqqında da düşünülməkdədir”.

Azərbaycan Prezidenti İlham Əliyevin iki dəfə Çinə səfər etməsini xatırladan deputat bildirib ki, bu səfərlər iki ölkə arasında əlaqələrin inkişafına ciddi təkan verib:

“Prezident İlham Əliyev sonuncu dəfə 2019-cu ildə “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Çinə işgüzar səfər edib. Bu səfər zamanı Çin rəhbəri Azərbaycan Prezidentinin iki ölkə arasında münasibətlərin və əlaqələrin xüsusi rol oynadığını vurğulayıb. Hazırda nəzərə almaq lazımdır ki, Çin gələcək geosiyasi və geoiqtisadi prioritetlərinin reallaşmasına imkan verən strateji layihələrə xüsusi diqqət yetirməkdədir. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə Cənubi Qafqaz regionunda çox strateji layihələr gerçəkləşdirilib, bundan sonrakı mərhələdə də gerçəkləşdirilməsi nəzərdə tutulur. Bunlar əsasən enerji və nəqliyyat layihələridir.

Ayrıca olaraq qeyd etmək olar ki, reallaşmasında Azərbaycanın iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Çin üçün çox cəlbedicidir. Çünki, "Bir kəmər, bir yol" layihəsinin gerçəkləşdirilməsi Çinin təkcə geoiqtisadi deyil, həm də geosiyasi prioritetlərinin reallaşmasına xidmət edir. Azərbaycanın yaxından və birbaşa iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri regionun nəqliyyat xəritəsini dəyişir və Avropa ilə Asiya arasında birbaşa əlaqələrin səmərəliliyini əhəmiyyətli dərədə artırıb, bu da Çin üçün çox əhəmiyyət kəsb edir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan hər zaman reallaşdırdığı, iştirakçısı olduğu layihələr baxımından, həm də yerləşdiyi coğrafiya baxımından Çin üçün cəlbedicidir. Bu baxımdan da iki ölkə arasında ortaq maraqlar, əməkdaşlıq prioritetləri mövcuddur ki, bu da tərəflər arasında bu günkü yüksək münasibətlər səviyyəsinin şərtləndirir.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni siyasi maraq yaratdı. Bu da digər tərəfdaşlarımızla olduğu kimi, Çinlə də yeni əməkdaşlıq istiqamətlərini və yaxud sahəsini müəyyən etdi. Bildiyimiz kimi Azərbaycan ərazilərinin bərpası və yenidən qurulması işində Çin şirkətləri də yaxından iştirak edir. Xüsusilə də ağıllı yaşayış məntəqəsi layihəsinin reallaşmasında Çinin "Huawei" şirkəti iştirak edir. Bu da aydın göstərir ki, bundan sonrakı mərhələdə Azərbaycan-Çin iqtisadi əməkdaşlıq və müvafiq olaraq siyasi münasibətləri daha da inkişaf edəcək”.

Ölkə Prezidentinin iyunun 2-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətinə də toxunan deputat qeyd edib ki, bu telefon danışığı zamanı aydın göründü ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir:

“Unutmaq lazım deyil ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün də vacibdir. Çünki Azərbaycanın ən böyük ticarət tərəfdaşı məhz Avropa İttifaqıdır. Azərbaycanı Avropa İttifaqı üçün xüsusi cəlbedici edən əsas amil enerji əmilidir. Çünki Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın çox təsirli rolu var. TAP layihəsinin reallaşdırılmasından sonra enerji təhlükəsizliyinin təmin olunmasının ən vacib halqalarından birinə məhz Azərbaycan çevriləcək və çevrilməkdədir”.

E.Mirbəşiroğlu bildirib ki, Avropa İttifaqı Azərbaycanın təşəbbüslərini dəstəkləməklə Cənubi Qafqaz regionunda, ümumiyyətlə, Avrasiyada nəqliyyat, logistika infrastrukturunun yaradılmasını hər zaman dəstəkləyib:

“Bütün hallarda iqtisadi xarakterli və yaxud digər xarakterli əməkdaşlıq subyektlər arasında siyasi münasibətlərin də səviyyəsinə, xarakterinə mütləq şəkildə təsir göstərir. Bu baxımdan qeyd etmək olar ki, Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif istiqamətlərdəki əməkdaşlıq siyasi münasibətlərin də inkişafına əlavə dinamizm qatır ki, bu da tərəflər arasında, yəni Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurası Prezidenti arasında telefon təmasında növbəti dəfə nümayiş etdirildi”.

Paylaş:
1387

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər