İsrail jurnalistləri azərbaycanlı həmkarlarının ölümünü terror aktı adlandırdı | 1news.az | Xəbərlər
Siyasət

İsrail jurnalistləri azərbaycanlı həmkarlarının ölümünü terror aktı adlandırdı

Qafar Ağayev13:49 - 08 / 06 / 2021
İsrail jurnalistləri azərbaycanlı həmkarlarının ölümünü terror aktı adlandırdı

İsraildə fəaliyyət göstərən “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kəlbəcərdə azərbaycanlı jurnalistlərin həlak olmasına etiraz əlaməti olaraq videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, “İsrailli jurnalistlər etiraz edir!” mövzusunda baş tutan konfransın məqsədi dünyadakı bütün jurnalistlərin, ictimai və dövlət təşkilatlarının, eləcə də xoşməramlı insanların diqqətini erməni terrorçularının dinc insanlara qarşı törətdikləri özbaşınalıqlara və hərbi cinayətlərə cəlb etmək olub.

Tədbirin moderatoru, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman giriş sözündə bildirilib ki, Ermənistanın işğalından azad edilmiş torpaqlarda müharibədən sonrakı yenidənqurma işləri zamanı 140-dan çox insan erməni hərbçilərinin qəsdən yerləşdirdiyi mina partlayışında həlak olub və yaralanıb. Qeyd edib ki, rəsmi Bakının dəfələrlə və israrla çağırışlarına baxmayaraq, Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaları pozaraq mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina edir.

Sonra tədbirdə Kəlbəcərdə azərbaycanlı jurnalistlərin və dövlət məmurunun faciəli ölümü ilə nəticələnən partlayışın baş verdiyi anı əks etdirən video göstərilib.

Konfransda "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, "Epoxa" qəzetinin baş redaktoru Mark Qorin, "Sputnik" qəzetinin baş redaktoru Lyudmila Karasyova, "KAN-REKA" dövlət radiosunun şərhçisi Viktoriya Dolinskaya, "Kanal24" internet televiziyasının baş redaktoru Səadət Şükürova, "Milli.az" xəbər saytının baş redaktoru Elçin Əlioğlu və AZƏRTAC agentliyinin əməkdaşı Xətai Əzizov çıxış ediblər.

Onlar Kəlbəcərdə baş verən faciəli hadisədən hiddətləndiklərini bildiriblər və azərbaycanlı jurnalistlərin, eləcə də 44 günlük müharibənin başa çatmasından sonra indiyədək azad edilmiş torpaqlarda mina partlayışı nəticəsində həlak olmuş bütün azərbaycanlıların ailələrinə başsağlığı veriblər. Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında minaların yerləşdirilməsini və müharibə bitdikdən sonra da yeni minaların basdırılmasına cəhdlər göstərilməsini insanlığa zidd hərəkət və terror aktı adlandırıblar.

Onlar terrorçuların qanuna uyğun olaraq ən ciddi şəkildə cəzalandırılmasına çağırış ediblər.

Konfransın sonunda azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Paylaş:
448

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər