Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində məsələlər müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində məsələlər müzakirə olunub - FOTO

Qafar Ağayev11:41 - 10 / 06 / 2021
Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində məsələlər müzakirə olunub - FOTO

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.


General-mayor Nauman Zakaria Azərbaycanın hərbi pilotlarının Pakistanın hərbi təhsil müəssisələrində təhsil almaları, ölkəsinin HHQ-nin helikopter heyətlərinin isə Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsinin iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.
Görüşdə tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər