Xəzər Siyasət Mərkəzi Vaşinqtonda 5-ci Transxəzər Forumunun 1-ci gününə ev sahibliyi edib - VİDEO
9 iyun tarixində Xəzər Siyasət Mərkəzi Vaşinqtonda Amerika Birləşmiş Ştatları ilə Transxəzər dəhlizi ölkələri arasında biznes, ticarət və investisiya imkanlarını araşdırmaq üçün 5-ci Transxəzər Forumunun 1-ci gününə ev sahibliyi edib.
1news.az xəbər verir ki, forum çərçivəsində ABŞ-dan və Xəzəryanı ölkələrdən olan natiqlər qlobal COVID-19 pandemiyası zamanı Xəzər bölgəsinin yaşadığı əsaslı dəyişiklikləri və bu dəyişikliklərin gələcəkdə ABŞ–Xəzər regionu əməkdaşlığı üçün yeni imkanlar yaratdığını müzakirə ediblər.
Builki forum Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan səfirliklərinin birgə təşkilatçılığı, ABŞ Dövlət Departamenti və ABŞ Milli Təhlükəsizlik Şurasının iştirakı ilə ABŞ Ticarət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəkləri əssında baş tutub.
Xəzər Siyasət Mərkəzinin İcraçı direktoru Əfqan Nifti, insanları və məhsulları qitələr boyunca birləşdirməkdə Xəzər regionunun mühüm rol oynadığını, həmçinin Transxəzərin Avropa ilə Asiya arasında körpü, ticarət, infrastruktur, enerji üçün bir mərkəz rolu oynadığını qeyd edib. “Xəzər regionu ölkələri otuz il əvvəl müstəqilliklərini qazanmalarından indiyədək ABŞ üçün mühüm strateji ortaqlar olublar. Qlobal enerji təhlükəsizliyini artırmaq, ekstremizmlə mübarizə aparmaq və saysız digər təşəbbüslərlə yanaşı, narkotik və nüvə material axınına nəzarət etmək üçün Vaşinqton ilə həvəslə çalışıblar.” – deyə Ə. Nifti qeyd edib.
Forumda Əfqanıstanın ABŞ-dakı səfiri Röya Rəhmani, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze, Qazaxıstanın ABŞ-dakı səfiri Yerjan Aşikbayev, Qırğızıstan Respublikasının ABŞ-dakı səfiri Baktybek Amanbaev, Özbəkistanın ABŞ-dakı səfiri Javlon Vakhabov və Türkiyənin ABŞ-dakı səfirinin müavini Sinan Ertay və 2021-2022-ci illərdə ölkələrinə bölgəyə daha çox beynəlxalq sərmayə qoyuluşu və sıx iş birliyi ilə dəstəklənə biləcək güclü layihələr barədə fikirlərini bölüşüblər.
Səfir Elin Süleymanov çıxışında “Cənub Qaz Dəhlizinin özəyi Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı regional əməkdaşlıq idi.” fikrini vurğulayıb.
ABŞ Dövlət Departamentinin İqtisadi və Ticarət Məsələləri Bürosu, Dövlət katibinin ticarət siyasəti və danışıqlar üzrə köməkçisinin müavini Matt Murray, ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Orta Asiya üzrə baş direktoru vəzifəsini icra edən Erik Grin, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Avropa və Avrasiya Bürosu, İdarəedici Köməkçisi vəzifəsini icra edən Margot Ellis iqtisadi suverenliyi təmin etmək, beynəlxalq terrorizmə qarşı mübarizə və dəstək üçün ABŞ-ın bölgənin xarici siyasət inkişafındakı roluna həsr olunmuş əsas çıxışında bildirib.
Forumda həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin məsləhətçisi Emil Məcidov, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Arif Məmmədov, Bakı Beynəlxalq Ticarət Limanının baş direktoru Taleh Ziyadov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini Fərhad Quliyev və başqaları çıxış ediblər.