Deputat: “AVRO 2020-nin Bakıda keçirilməsi göstərir ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana güvənir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “AVRO 2020-nin Bakıda keçirilməsi göstərir ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana güvənir”

Qafar Ağayev10:54 - 11 / 06 / 2021
Deputat: “AVRO 2020-nin Bakıda keçirilməsi göstərir ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana güvənir”

Ötən il pandemiya səbəbindən təxirə salınan AVRO 2020 futbol çempionatının bu il keçirilməsinə başlanılır.

Dünyanın önəmli yarışlarından olan AVRO 2020-nin 4 oyunu Azərbaycanın paytaxtı Bakı şəhində Olimpiya Stadionunda keçiriləcək. Azərbaycan indiyədək bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Bəs görəsən bu tədbirlərin əhəmiyyəti nədir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, keçirilən beynəlxalq yarışlar həm Azərbaycanın tanıdılmasına, həm sağlam həyat tərzinin təbliğinə, həmçinin də turizmə çox böyük töhfə verir.

“AVRO-2020 futbol yarışları ötən il pandemiyaya görə keçirilə bilmədi. Buna görə də bu il keçirilməsinə qərar verilib. Azərbaycanda, Bakı şəhərində Bakı Olimpiya Stadionunda belə bir yarışın keçirilməsi bizi sevindirir. Bizi ikiqat sevindirən cəhətlərdən biri də ondan ibarətdir ki, keçirilən oyunların ikisində məhz qardaş Türkiyənin Milli komandası iştirak edəcək. Əgər Azərbaycan milli komandası yoxdursa, biz Türkiyəni dəstəkləyirik və Türkiyənin bu yarışlarda uğurla çıxış edəcəyini gözləyirik”.

Deputat deyib ki, artıq Azərbaycanda karantinlə bağlı yumşaldılmalar gedir.

“Rusiya və Türkiyənin vətəndaşları Azərbaycana rahat səfər edə biləcəklər. Düşünürəm ki, bu normal həyata qayıdışa da bir işarədir. Koronavirusa yoluxmada say artımı olmasa, normal həyata qayıda biləcəyik. İstənilən halda AVRO-2020-nin keçirilməsi idman bayramıdır. Azarkeşlər bu yarışlara qatılacaqlar və dünyanın da gözü Azərbaycanda, Bakıda olacaq.Tək canlı yox, eyni zamanda televiziya vasitəsilə də dünyanın bir çox yerlərindən Azərbaycanda keçirilən bu yarış izlənəcək. Düşünürəm ki, Azərbaycanın tanıdılması üçün bunun çox böyük rolu var”.

N.Həmzəyevin sözlərinə görə, Azərbaycan həmişə çalışıb ki, öz büdcəsini balanslaşdırılmış şəkildə xərcləsin və sosialyönümlü büdcəyə üstünlük verib.

“44 günlük Vətən müharibəsində də Azərbaycan zəfər əldə etdi. Ancaq zəfərdən sonra hərbi xərcləri azaltmadı, əksinə artırdı, həmçinin digər sahələrlə bağlı da öz xərclərini yüksəltdi. Unutmamalıyıq ki, biz bu gündən sonra daha güclü olmalıyıq. Regionun diqtə edən dövlətiyik və müharibədən, qələbədən 7 ay sonra belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsi və Azərbaycanın bu yarışı keçirmək üçün təhlükəsiz ölkə elan edilməsi bizi sevindirməlidir. Həmçinin bu göstərir ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana güvənir. Azərbaycan öz inkişafını davam etdirir, ölkəmiz regionun ən aparıcı dövlətidir, bu bizim gələcək inkişafın təməlidir. Düşünürəm ki, biz bunu növbəti zəfərimiz, uğurumuz kimi qiymətləndirməliyik. İnşallah qismət olsa gələcəkdə dünyanın məşhur klubları Qarabağ torpaqlarında, Şuşada, elə Ağdamın özündə “Qarabağ” Futbol komandasının qonaqları olacaq”.

Paylaş:
1167

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər