“Zəngəzur dəhlizi regionun tranzitlogistika potensialını artıracaq” - Mikayıl Cabbarov
“Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzitlogistika potensialını artıracaq”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.
“Bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək” – deyə, nazir fikirlərinə əlavə edib.
511