Türkiyə səfiri yazır: “Azad Qarabağın havası ilə nəfəs aldıq”
“Azad Qarabağın havası ilə nəfəs aldıq, bulaqlarından su içdik”.
1news.az-a xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sosial şəbəkə hesabında yazıb.
“Ulu cökə ağaclarında, tut və gilas ağaclarında ötən bülbüllər və quş civiltiləri altında Şuşada “Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə içdik.
Bizim üçün tarixi olduğu qədər, unudulmaz bir andır. Qarabağ Azərbaycandır!”, - səfir qeyd edib.
673