Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək | 1news.az | Xəbərlər
Siyasət

Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək

Qafar Ağayev16:20 - 23 / 06 / 2021
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək

Üçtərəfli İşçi qrupu Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2021-ci il yanvarın 11-də imzalanmış Bəyanata əsasən yaradılıb və kifayət qədər səmərəli fəaliyyət göstərir.

1news.az-ın AZƏRTAC-a istinadən bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini deyib: “Ermənistanda seçki keçirilib, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”.

Paylaş:
1518

Son xəbərlər

Bütün xəbərlər