Deputat: “Karabakh.Center”in yaradılması intellektual mübarizə meydanında üstün olmaq baxımından əhəmiyyətlidir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Karabakh.Center”in yaradılması intellektual mübarizə meydanında üstün olmaq baxımından əhəmiyyətlidir – FOTO – VİDEO

S.Xankişiyeva18:41 - 03 / 07 / 2021
Deputat: “Karabakh.Center”in yaradılması intellektual mübarizə meydanında üstün olmaq baxımından əhəmiyyətlidir – FOTO – VİDEO

“Karabakh.Center” internet resursunun yaradılması yalnız təbliğat deyil, həm də intellektual mübarizə meydanında üstün olmaq baxımından əhəmiyyətlidir.

1news.az-ın verdiyi xəbərə görə, bunu millət vəkili Ramin Məmmədov Milli Məclisin iyulun 2-də keçirilən iclasında çıxışı zamanı “Karabakh.Center” internet resursu haqqında bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra müəyyən xarici-siyasi dairələrin ölkəmizə qarşı qərəzli mövqeyinin davam etdirildiyini müşahidə etməkdəyik:

“30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalmasına laqeyd sükut nümayiş etdirən bəzi təşkilatlar və qurumlar bu gün yaranmış yeni geosiyasi reallıqların məntiqini düzgün qiymətləndirmək istəmirlər. Şübhəsiz ki, münaqişənin başa çatmasında narahat olanlar var. Bu narahatlığın səbəblərindən biri Azərbaycanın sürətli inkişafı, hərbi və siyasi müstəvidə öz gücünün artırılmasıdır. Azərbaycanın tarixi qələbəsini təhrif etmək cəhdlərini də müşahidə edirik”

R.Məmmədov bildirib ki, fikrimcə bu cür təşəbbüslər birliyimizin nə qədər əhəmiyyətli olduğunu görməyə imkan verir:

“Eyni zamanda, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi daha da genişləndirməli olduğumuzu göstərir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” internet resursunun fəaliyyətə başlamasının xüsusi əhəmiyyətlə vurğulamaq istərdim. Bu cür resursların mövcudluğu bir tərəfdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ötənilki müharibəni doğuran səbəblərin izah etdirilməsi baxmından çox böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən Ermənistanın işğalçılıq siyasətinin bir xalqın tarixinə, zəngin mədəni irsinə, bir ölkənin təbiətinə, sərvətlərinə nə qədər böyük zərər vurduğunu göstərmək baxımından son dərəcə vacibdir. Çünki müasir dövrdə baş verən proseslərin təhlili göstərir ki, yaşadığımız dünya arzuladığımız qədər ədalətli deyil. Əksinə, ədalətin gücə istinad edən bir reallıqla qarşı-qarşıyayıq”.

Millət vəkilinin sözlərinə görə, bu mənada bütün istiqamətlərdə gücümüzü artırmağa ehtiyac var:

“Güc anlayışı isə müasir dünyada yalnız iqtisadi inkişaf, hərbi potensial, geosiyasi reallıqla, diplomatik çevikliklə məhdudlaşmır. Güclü dövlət olmağın ən vacib şərtlərindən biri – intellektual mübarizə meydanında daha üstün mövqeyə sahib olmaqdır. Məhz bu baxımdan “Karabakh.Center” internet resursunun yaradılması yalnız təbliğat deyil, həm də intellektual mübarizə meydanında üstün olmaq baxımından əhəmiyyətlidir. Çünki resurs işğalın nəticələrini dünyaya daha effektiv, müasir və düşünülmüş strateji yanaşma əsasında çatdırmağa imkan verir”.

Xatırladaq ki, iyunun 30-da Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” internet resursunun təqdimat mərasimi keçirilib.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, eləcə də tanınmış ictimai və siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

“Karabakh.Center” internet resursunda əvvəllər işğal altında olan ərazilərdə yerləşən dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10,000-dən çox fotoşəkli və video görüntüləri yer alır. Bütün fotoşəkilləri və videoları saytın "Urbisid" bölməsində tapmaq mümkündür.

"Münaqişə" və "Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur.

İnternet resurs həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də "Kitabxana"da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspert icmasının nümayəndələrinin diqqətini cəlb edəcək.

Mövzu ilə əlaqədar oxuyun:

“Karabakh.Center” internet resursunun təqdimat mərasimi keçirilib - FOTO - VİDEO

““Karabakh.Center” Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb” - Mikayıl Cabbarov

Rəhman Hacıyev: “İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür”

“Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir” - Mikayıl Cabbarov

Muxtar Babayev: “Ermənilər işğal dövründə meşə fonduna ciddi ziyan vurub”

Paylaş:
3335

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər