Gömrük komitəsinin cari ildə büdcəyə köçürdüyü məbləğ açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gömrük komitəsinin cari ildə büdcəyə köçürdüyü məbləğ açıqlandı

Qafar Ağayev13:43 - 09 / 07 / 2021
Gömrük komitəsinin cari ildə büdcəyə köçürdüyü məbləğ açıqlandı

Yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 38 milyon 235,4 min manat olub.

Komitədən 1news.az-a bildirilib ki, 6 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 557 milyon 547,1 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 382 milyon 115,9 min manat, aksizlər üzrə 77 milyon 826,9 min manat, yol vergisi üzrə isə 20 milyon 745,5 min manat təşkil edib.

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər