Nigar Arpadarai: Allergiyası, xroniki xəstəliyi olan şəxslər var ki, onlar peyvənd oluna bilmir deyə, heç bir sənəd verilmir
"COVID-19 pasportu uzunmüddətli qərardır".
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai COVID-19 pasportları ilə bağlı anlaşılmazlıqlardan danışarkən deyib.
"COVID-19 pasportları ilə bağlı məsələnin hüquqi nəticələri var. Allergiyası, xroniki xəstəliyi olan gənclər var ki, peyvənd olunmayıblar deyə, onlara hər hansı sənəd vermirlər. Halbuki, bu doğru deyil. Belə qərarlar əsaslandırılmalıdır. Çünki əlavə problemlər yaradır".
Nigar Arpadarai bildirib ki, ölkəmizdə təkrar yoluxma halları müşahidə olunur:
"Dünyada bu cür hallar bir faizdən azdır. COVID-19 pasportların tətbiqi nə dərəcədə doğrudur? Çox xahiş edirəm, aidiyyəti qurumlar bu məsələni diqqətdə saxlasınlar. Ciddi əsaslandırmaya ehtiyac var".