“Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atdı” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atdı” - Deputat

Qafar Ağayev10:20 - 15 / 07 / 2021
“Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atdı” - Deputat

“1969-cu il 14 iyul – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi təyin edilməsi Sovet Azərbaycanının tarixinin yeni inkişaf, tərəqqi mərhələsinin əsasını qoydu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat qeyd edib ki, 46 yaşında liderlik xüsusiyyəti, dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı ilə rəhbər seçilən Heydər Əliyev Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atdı:

“Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail oldu. Həmin dövrdə ümummilli lider özünü Azərbaycanın yüksəlişinə həsr edərək, bütün sahələrdə digər sovet respublikaları ilə müqayisədə dəfələrlə geridə qalan ölkəmizi dirçəltmək missiyasını uğurla icra etdi, gələcəyə hesablanmış mühüm addımlar atdı. 1969-1982-ci illərdə respublikamızda milli gəlirin həcmi 2,5 dəfə artdı, böyük quruculuq işləri sayəsində müasir infrastruktur yaradıldı. Az bir zaman ərzində şəhərlərdə yeni mikrorayonlar, park və xiyabanlar salındı, fabrik və zavodlar tikildi. Paralel olaraq, mədəniyyət tariximizdə iz qoyan onlarla görkəmli sənət xadimi yetişdi. Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedişlər nəticəsində Azərbaycan dili respublika Konstitusiyasında dövlət dili kimi təsbit edildi. Onun gördüyü qətiyyətli tədbirlər və şəxsi qayğısı ilə ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında soydaşlarımızın sayı davamlı surətdə artmağa başladı, Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı”.

N.Həmzəyev qeyd edib ki, həmin illərdə ümummilli liderin qarşısında duran əsas məqsədlərdən biri Azərbaycanı müstəqilliyə doğru aparmaq üçün iqtisadiyyatı müstəqil ölkə kimi yaşaya biləcək səviyyəyə qaldırmaq idi:

“Dahi şəxsiyyətin uzaqgörənliyi, praqmatik, dərin, siyasi baxışları nəticəsində Azərbaycan nəinki keçmiş İttifaqda, həmçinin dünyanın bir çox ölkələrində təkcə “Neft Bakısı” kimi deyil, həmçinin öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti ilə tanınan diyara çevrildi. Məhz o illərdə Vətən sevgisi bütün varlığına hopmuş dahi şəxsiyyət Azərbaycanın gələcəyini hesablayır, bu gününü qururdu. Buna görə ulu öndərin hakimiyyətdə olduğu 1969-1982-ci illər bugünkü müstəqilliyin iqtisadi əsaslarının yaradıldığı mərhələ kimi tarixə düşdü”.

Deputat vurğulayıb ki, ümummilli liderin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı:

“Ötən əsrin 90-cı illərində ölkədə baş verən qarşıdurmalar, hərc-mərcliklər, səriştəsiz idarəetmə ölkəmizi uçurumun kənarına sürükləmişdi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpa olunmasına baxmayaraq, hakimiyyətə gəlmiş təsadüfi adamların səriştəsizliyi ilə ölkədə xaos yaranmışdı, özbaşınalıq baş alıb gedirdi, müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə bir vəziyətdən Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər – Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi.

Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi ölkəmizi milli fəlakətdən, silahlı müxalifət ənənələrindən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi. Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirçəlişi, qurtuluşu oldu. Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. Heydər Əliyev dünyanın siyasət zirvəsində Azərbaycanın, ən böyük azərbaycanlının adını əbədi həkk etdirdi”.

N.Həmzəyev əlavə edib ki, Azərbaycanın bugünkü dinamik inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üzərində davam edir:

“Dünya birliyində ləyaqətli yer tutan, demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayan müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsindən güc alır. Ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkənin bütün bölgələrində – şəhərdən, rayondan tutmuş ucqar dağ kəndlərinədək – hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri müstəqil dövlətimizin hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”.

Paylaş:
599

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər