Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşdü - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşdü - FOTO

S.Xankişiyeva18:07 - 24 / 07 / 2021
Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşdü - FOTO

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb.

1news.az-ın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, məqsəd ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti, problemləri və perspektivləri barədə müzakirələrin aparılması, yeni prioritetlərin müəyyən edilməsi və təkliflərin dinlənilməsi olub.

Müzakirə zamanı “beyin axını”nı Azərbaycana geri döndürmək, hətta xaricdən ölkəmizə “beyin”ləri cəlb etmək üçün imkanların olduğu vurğulanıb.

R.Nəbiyev çıxışında ölkədə innovativ mühitin formalaşdırılmasında startapların əhəmiyyətindən bəhs edib. Nazir qeyd edib ki, istedadlı startapçıların Azərbaycanda fəaliyyət göstərməsi, öz bilik və bacarıqlarını ölkədə tam realizə edə bilməsi iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək, ölkəmizin güclənməsinə xidmət edəcək.

R.Nəbiyev əlavə edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz səlahiyyətləri çərçivəsində startapçılara dəstək göstərməyə, onların inkişafına və rəqəmsal mühitin mühüm bir parçası olmalarına kömək etməyə hazırdır. Bu istiqamətdə görüşlərimizi mütəmadi davam etdirəcəyik.

“Hesab edirəm ki, hazırda ümumilikdə ölkəmizdə innovasiyaların inkişafı və müxtəlif sahələrə tətbiqi üçün əlverişli şərait yaradılıb. Hər birinizi innovativ mühitin formalaşdırılmasında aktiv iştiraka dəvət edirəm”, – deyə nazir vurğulayıb.

Görüş iştirakçıları startap ekosisteminin inkişaf meyilləri və bu istiqamətdə qarşılaşdıqları problemlər haqqında ətraflı məlumat veriblər.

Sonda startapçılar minnətdarlıqlarını bildirib və bu görüşün gələcək fəaliyyət üçün faydalı olacağına əminliklərini ifadə ediblər.

Paylaş:
452

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər