Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

S.Xankişiyeva12:25 - 30 / 07 / 2021
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqda qərar qəbul edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Beləliklə, uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb.

Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlarlar 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.

Qeyd edək ki, 29 oktyabr tarixində qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər