PAŞA Holding və onun maliyyə törəmə şirkətlərinin sosial məsuliyyət yönümlü fəaliyyəti – 2021, rüb 2 | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Holding və onun maliyyə törəmə şirkətlərinin sosial məsuliyyət yönümlü fəaliyyəti – 2021, rüb 2

S.Xankişiyeva11:50 - 04 / 08 / 2021
PAŞA Holding və onun maliyyə törəmə şirkətlərinin sosial məsuliyyət yönümlü fəaliyyəti – 2021, rüb 2

Daim Korporativ Sosial Məsuliyyət siyasəti və fəaliyyəti ilə fərqlənən PAŞA Holding və onun törəmə şirkətləri 2021-ci ildə də bu istiqamətdə fəal şəkildə layihələr icra etməyə davam edir.

Belə ki, 2021-ci ilin ikinci rübündə Şirkətlər Qrupunun KSM strategiyasının əsas fokuslarından biri işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasına töhfə vermək, eləcə də Qarabağ Müharibəsi zamanı zərər çəkən şəxslərə dəstək göstərmək idi.

Bu məqsədlə, Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərinin sayına uyğun ağac əkilib. Qeyd edək ki, sözügedən təşəbbüsə PAŞA Holding də qoşulub. Eyni zamanda, PAŞA Bank və PAŞA Həyat, BeləBeləİşlər media şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın dini və mədəni irsinə, Qarabağın tarixinə, eləcə də şəhidlərə həsr olunmuş çarxların buraxılması təşəbbüsünə ikinci rüb ərzində də davam edib. Bundan əlavə, may ayında PAŞA Həyat və PAŞA Holding şirkətləri Qarabağ və şəhidlərə həsr olunmuş unikal vahid fotobank yaradaraq istifadəyə verib. Sözügedən platforma vasitəsilə hər bir istifadəçi mövzu üzrə istənilən məlumatla tanış olub paylaşa, həmçinin mövcud məlumatı yeniləyə və zənginləşdirə bilər.

Qeyd edək ki, PAŞA Holding və onun törəmə şirkətləri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü də eyniməqsədli sosial layihələr icra edib. Belə ki, PAŞA Holding, PAŞA Həyat və PAŞA Sığorta 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə şəhid, qazi, eləcə də müharibədən zərər görmüş ailələri ziyarət edib və bu ailələrdən olan 100-dən çox övladı sevindirməyə çalışıb. Bundan əlavə, PAŞA Sığorta şirkəti ötən il Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar başladığı “Güvənli Gələcək” adlı sosial layihəni bu il də davam etdirib. Layihənin təşkil olunmasında əsas məqsəd paytaxtımız və bölgələrimizdə yerləşən uşaq evləri, sığınacaqlar və aztəminatlı ailələrin uşaqları üçün təhlükəsizlik üzrə təlimlərin keçirilməsidir. Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu öz növbəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Daun sindromlu şəxslər üçün layihə həyata keçirib. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etmək idi.

Şirkətlərimizin önəm verdiyi sahələrdən biri təhsil sahəsidir. 2021-ci ilin ikinci rübü ərzində PAŞA Həyat şirkəti ADA Universiteti ilə, PAŞA Bank isə Bakı Dövlət Universiteti ilə əməkdaşlıq barədə memorandum imzalayıb. Şitkətlərimiz ölkədə təhsilə və gənc nəslin karyera inkişafına töhfə vermək məqsədilə sözügedən universitetlərlə müştərək layihələrin icrasını planlaşdırır. Qeyd edək ki, bu dönəm ərzində PAŞA Holding tərəfindən ADİU və ADA Universitetinin 4-cü kurs və yeni məzun olmuş tələbələri üçün Virtual Karyera Sərgisi həyata keçirilmişdir. Sərginin açılış mərasimində PAŞA Holding, PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri tərəfindən müraciət etmiş tələbələrə şirkətlər barədə ilkin təqdimat edilmişdir. Daha sonra, şirkətlər barədə artıq kifayət qədər məlumatlı olan tələbələr onlara daha maraqlı olan bizneslərin audit, maliyyə, İT, insan resursları, marketinq və digər sahələrinə müraciət edərək müsahibələrdən keçiblər və onları uğurla tamamladıqları halda, həmin şirkətlərdə təcrübə proqramı keçmək və daha sonra işləmək imkanı əldə ediblər.

Yuxarıda qeyd olunan istiqamətlərə əlavə olaraq, Şirkətlər Qrupu digər sahələrdə də müxtəlif sosial məsuliyyət yönümlü layihələr icra edib. Belə ki, yay fəslinin gəlməsini, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin yumşalmasını nəzərə alaraq, 5 iyun Ümumdünya Ətraf Mühit Günü Kapital Bank-ın baş ofisinin, eləcə də Qərb zonasında olan filiallarının əməkdaşları tərəfindən Xoşbulaqda “Təbiət evimizdir. Evimizi təmiz saxlayaq!” şüarı altında təmizlik işləri aparılıb. Təmizlik aksiyası çərçivəsində qeyd olunan əraziyə böyük və orta ölçülü olmaqla ümumilikdə 50-dək məişət tullantısı konteynerləri və qutuları yerləşdirilib. PAŞA Bank öz növbəsində, əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, o cümlədən cəmiyyətə inteqrasiyasına və işlə təmin edilməsinə dəstək verməyi hədəfləyən “PAŞA Bank ilə başla” adlı layihə icra edib. Layihənin təşkilati dəstəkçisi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti çıxış edir. Bundan əlavə, Həm PAŞA Bank, həm də PAŞA Həyat şirkətinin əməkdaşları Ramazan bayramı ərəfəsində Sumqayıt şəhərində məskunlaşmış ahıllarla görüşüb və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən bu təşəbbüs çərçivəsində ümumilikdə 50 ailəyə bayram sovqatının təqdim olunmasında iştirak ediblər.

Qeyd edək ki, xaricdəki törəmə şirkətlərimiz də öz sosial məsuliyyətlərini dərk edərək bu istiqamətdə işlər görməyə davam edirlər. Belə ki, PAŞA Bank Gürcüstan, ADA Universitetində Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlığa həsr olunmuş vebinarların təşkil olunmasını maliyyələşdirir. Layihənin məqsədi Qarabağ müharibəsindən sonrakı dövrdə Gürcüstan-Azərbaycan arasında strateji əlaqələri nəzərdən keçirmək, eləcə də regional sabitlik və inkişaf üçün Tbilisi ilə Bakı arasındakı strateji fəaliyyətin əhəmiyyətini vurğulamaqdır.

Bundan əlavə, PAŞA Bank Türkiyə öz növbəsində Türkiyənin Təhsil Könüllüləri Vəqfi (TTKV) ilə birgə “Don’t Waste, Donate” layihəsində iştirak edib. 2017-ci ildən həyata keçirilən bu layihə çərçivəsində fərdi və korporativ donorlardan toplanan elektron tullantılar Ətraf mühit Nazirliyinin icazəsi ilə təkrar emal edilir və əldə olunan gəlir TTKV-nə köçürülür. Qeyd edək ki, 4 il ərzində “Don’t Waste, Donate” layihəsi çərçivəsində 250 tondan çox elektron tullantı təkrar emal edilib və 3000-dən çox uşaq ixtisasları üzrə təhsil dəstəyi ilə təmin edilib.

Paylaş:
1200

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər