Azərbaycan millisinin oyunlarında VAR-dan istifadə olunacaq | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan millisinin oyunlarında VAR-dan istifadə olunacaq

17:12 - 05 / 08 / 2021
Azərbaycan millisinin oyunlarında VAR-dan istifadə olunacaq

DÇ-2022-nin Avropa seçmə mərhələsində bu ilin sentyabrından etibarən keçiriləcək bütün oyunlarda VAR (video-köməkçi hakim) sistemi tətbiq olunacaq.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bu barədə qərarı UEFA İcraiyyə Komitəsi verib.

Azərbaycan millisinin görüşlərində də VAR-dan istifadə olunacaq. Yığmamız DÇ-2022-nin seçmə mərhələsində daha 5 matç keçirəcək. Komandamız növbəti ev oyunu sentyabrın 7-də Bakıda Portuqaliya millisinə qarşı olacaq.

1news.az

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər