Maska taxmayan qadınlar onlara cərimə yazan polisi döydülər - VİDEO
Covid-19 virusunun daha çox yayıldığı və can aldığı ölkələrdən olan Hindistanda karantin qaydalarının qorunması üçün polis var gücü ilə çalışır. Amma buna baxmayaraq hindistanlıların bəziləri bu qaydalara məsuliyyətsiz yanaşırlar. Nəticədə də ya vətəndaşlar döyülür, ya da onları qaydaları qorumadığı üçün cərimələyən polislər.
Sosial şəbəkələrdə yayılan görtüntülərdən də aydın görünür ki, Hindistanda könüllü olaraq “Covid-19” la mübarizəyə qoşulan mülki müdafiə polisi tibbi maska taxmadığı üçün cərimə yazmaq istədiyi iki qadın tərəfindən döyülüb. Hadisə Dehlinin Pascim Vihar ərazisində baş verib.
Görüntülər ətrafdakı sakinlər tərəfindən anbaan qeydə alınıb. Hadisədən dərhal sonra hər iki qadın məsuliyyətə cəlb olunub, barələrində cinayət işi açılıb. Qeyd edəkk ki, polis mayoru Parminder Sing Hindistanda belə hadisələrin tez-tez baş verdiyini dilə gətirib.
Aytən Sakitqızı