Ana sevgilisi ilə əlbir olub 3 yaşlı qızını vəhşicəsinə öldürdü - FOTO
Qadın sevgilisi ilə cinsi əlaqədə olması üçün 3 yaşlı qızını amansızlıqla öldürdü.
1news.az xəbər verir ki, tükürpədici hadisə İngiltərədə baş verib. Belə ki, 23 yaşlı Nikola Priest adlı qadın 22 yaşlı sevgilisi Callum Redfernlə əlbir olaraq 3 yaşlı qızı Jayde Priesti vəhşicəsinə döyərək öldürüblər. Buna səbəb 3 yaşlı uşağın cinsi əlaqə zamanı onlara mane olması göstərilib. Cinayəti törədən qadın istintaqa ifadəsində bildirib ki, qızı həmişə onun sevgilisi ilə cinsi əlaqəyə girməsinə mane olub.
Belə ki, hadisə baş verən gün qadının sevgilisi onlara gəlib. Cinsi əlaqədə olmaq üçün yataq otağına keçən cütlük ağlayaraq onların otağına girən 3 yaşlı qızı sakitləşdirməyə çalışıblar.
Daha sonra qatil ana qızını yatızdırmağa çalışıb. Lakin 3 yaşlı uşağın yatmadığını görən ana onu döyməyə başlayıb. Bu prosesə sevgilisi də “qoşulub”. Onlar 3 yaşlı uşağı vəhşicəsinə döyüblər. Şiddətli zərbələrdən balaca dünyasını dəyişib. Amma buna baxmayaraq, “ana” sevgilsi ilə cinsi münasibətdə olmağa davam edib. “İşlərini bitirən” cütlük, daha sonra balaca üçün təcili yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər uşağın çoxdan öldüyünü bildiriblər. Ana törətdiyi hadisəni gizlətməyə çalışsa da, tibbi ekspertiza zamanı uşağın öldürüldüyü ortaya çıxıb. Qeyd edək ki, İngiltərə məhkəməsi qadına 15, sevgilisinə isə 14 il həbs cəzası verib.
Aytən Sakitqızı