NASA meşə yanğınlarının interaktiv xəritəsini hazırlayıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

NASA meşə yanğınlarının interaktiv xəritəsini hazırlayıb - FOTO

17:54 - 13 / 08 / 2021
NASA meşə yanğınlarının interaktiv xəritəsini hazırlayıb - FOTO

ABŞ Aerokosmik Agentliyi (NASA) planetimizdəki meşə yanğınlarının interaktiv xəritəsini hazırlayıb.

1news.az oxu.az-a istinadən bildirir ki, xəritə qurumun rəsmi saytında yerləşdirilərək istifadəçilərin ixtiyarına verilib.

İlk baxışdan 6 qitənin 5-də yanğınların baş verdiyini görmək mümkündür. Yanğın ocaqları xəritədə qırmızı nöqtələrlə işarələnib. Hərçənd, onlardan bəzilərinin vulkan və qaz yataqlarından çıxan atəşi göstərdiyi bildirilib.

Qeyd edək ki, hazırda, Avropa, Afrika, ABŞ, Cənubi Amerika, Rusiya və Avstraliya meşə yanğınlarından əziyyət çəkir.

1news.az

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər