Ermənistanın yeni xarici işlər naziri təyin olunub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın yeni xarici işlər naziri təyin olunub

10:30 - 19 / 08 / 2021
Ermənistanın yeni xarici işlər naziri təyin olunub

Ermənistanın yeni xarici işlər naziri məlum olub.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ermənistan Prezidenti Armen Sarkisyan sabiq spiker Ararat Mirzoyanın xarici işlər naziri təyin olunması haqqında Fərman imzalayıb.

A. Mirzoyanın namizədliyi Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Ara Ayvazyan bir müddət əvvəl istefa verdikdən sonra xarici işlər naziri postu boş qalmışdı.

Paylaş:
1430

Son xəbərlər

Bütün xəbərlər