Müdafiə nazirinin müavini Moskvada səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə nazirinin müavini Moskvada səfərdədir

Qafar Ağayev14:10 - 23 / 08 / 2021
Müdafiə nazirinin müavini Moskvada səfərdədir

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.

Paylaş:
507

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər