Şahmatçımız Aqzamov memorialında yeddinci yeri tutub | 1news.az | Xəbərlər
İdman

Şahmatçımız Aqzamov memorialında yeddinci yeri tutub

Qafar Ağayev12:42 - 23 / 08 / 2021
Şahmatçımız Aqzamov memorialında yeddinci yeri tutub

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan şahmatçılarının da qatıldığı Aqzamov memorialı başa çatıb.

1news.az xəbər verir ki, yarışın güclü A turnirində iştirak edən şahmatçımız Misrətdin İsgəndərov 6,5 xalla yeddinci yeri tutub.

Digər təmsilçilərimiz Məhəmməd Muradlı və Vüqar Rəsulov 5 xalla müvafiq olaraq 25-ci və 29-cu pillədə qərarlaşıblar.

Yarış İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.

Paylaş:
683

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər