Los-Ancelesdə əsir və itkin düşmüş azərbaycanlılara dair film hazırlanıb - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Los-Ancelesdə əsir və itkin düşmüş azərbaycanlılara dair film hazırlanıb - VİDEO

Qafar Ağayev10:19 - 30 / 08 / 2021
Los-Ancelesdə əsir və itkin düşmüş azərbaycanlılara dair film hazırlanıb - VİDEO

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılara dair ingilis dilində qısa film hazırlayıb.

Konsulluqdan 1news.az-a verilən məlumata görə, filmdə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur.

İşğal və etnik təmizləmə zamanı Ermənistan qoşunlarının Azərbaycan kəndlərini tez-tez mühasirəyə aldığı, çoxlu sayda mülki azərbaycanlını qətlə yetirdiyi və qalanlarını da girov götürdüyü vurğulanır. Bu səpkidə 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı Kaliforniyadan olan erməni terrorçusu Monte Melkonyanın başçılıq etdiyi dəstənin kəndlərimizdən birini mühasirəyə almasını əks etdirən video-kadrlar nümayiş etdirilir.

Filmdə əsir və girov götürülən azərbaycanlıların dəhşətli işgəncələrə məruz qaldıqları bildirilərək, işğal dövründə bir çox azərbaycanlıların saxlanıldığı Şuşa həbsxanasının tükürpədici şəkilləri göstərilir. Həmin dövrdə 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onlardan 326-sı yaşlı, 267-si qadın və 71-i uşaq olmaqla 719 nəfərin mülki şəxs olduğu diqqətə çatdırılır. İndiyədək həmin şəxslərin taleyi haqda heç bir məlumatın olmadığı filmdə qeyd olunur.

Bu səpkidə Beynəxalq Qırmızı Xaç Komitəsinin nümayəndləri tərəfindən 1993-cü ildə Xankəndidə çəkilmiş, azərbaycanlı uşaq, qadın və yaşlı girovların nadir şəkilləri nümayiş etdirilir.

Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etdikdən sonra Kəlbəcərdə 1993-cü ildə ermənilər tərəfindən qətlə yetirilmiş mülki azərbaycalıların kütləvi məzarlığının aşkar edilməsinə diqqət çəkilərək, digər öldürülmüş əsir və girovların qalıqlarının axtarışının davam etdirildiyi qeyd olunur.

Sonda mülki şəxslərin girov götürülməsi və öldürülməsinin ağır hərbi cinayət olduğu vurğulanaraq, itkin düşmüş 4 minə yaxın mülki vətəndaşımızın və hərbiçimizin taleyi haqda Ermənistanın hər hansı məlumat verməkdən imtina etməsi diqqətə çatdırılır.

BMT-nin digər rəsmi dillərinə (ərəb, çin, fransız, ispan və rus) də tərcümə olunan film 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü çərçivəsində sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 26 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

Paylaş:
562

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər