Milli Məclisdə Türkiyənin bələdiyyə sədrləri ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisdə Türkiyənin bələdiyyə sədrləri ilə görüş keçirilib - FOTO

Qafar Ağayev16:52 - 02 / 09 / 2021
Milli Məclisdə Türkiyənin bələdiyyə sədrləri ilə görüş keçirilib - FOTO

Sentyabrın 2-də Milli Məclisdə Aqrar siyasət və Regional məsələlər komitələrinin üzvləri Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qonaqları salamlayaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, gündən-günə genişlənən əməkdaşlıq əlaqələrindən söz açıb. Ötən payız 44 günlük Vətən müharibəsi dövründə Türkiyə xalqının və dövlətinin verdiyi mənəvi-siyasi dəstəyin Azərbaycanda çox yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi dünyaya nümunədir.

Görüşdə nümayəndə heyətinin başçısı, Türkiyə Tarixi Şəhərlər İttifaqının və Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör səfərin məramını açıqlayıb. Bildirib ki, məqsəd yerli özünüidarə sahəsində təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı dərinləşdirmək və mövcud perspektivləri müzakirə etməkdir.

Hayrettin Güngör Türkiyədə yerli özünüidarə qurumlarının təcrübəsindən də söz açıb, əməkdaşlığa dair bir sıra təkliflərini deputatların nəzərinə çatdırıb.

Sonra Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev avqustun sonlarında Ankarada keçirilmiş şəhər bələdiyyələrinin tədbirində iştirakları barədə məlumat verib. Türkiyə təcrübəsinin öyrənilib ölkəmizdə tətbiq edilməsi istiqamətində atılan addımlardan danışıb.

Görüşdə Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Azər Badamov və Kamran Bayramov ölkələrimizin bələdiyyələri arasında əməkdaşlığı yüksək səviyyəyə çatdırmağın vacibliyindən danışıblar. Vaxtaşırı həyata keçirilən təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu qeyd ediblər. Soydaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıtdıqca o bölgələrdə bələdiyyə institutunun inkişafında Türkiyə bələdiyyələrinin mühüm rol oynaya biləcəyini vurğulayıblar.

Nümayəndə heyətinin üzvlərindən Şırnak bələdiyyəsinin sədri Mehmet Yarka və Yozqat bələdiyyəsinin sədri Celal Köşe Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən qürur duyduqlarını bir daha vurğulayaraq bələdiyyələr arasındakı əməkdaşlığın səmərəli olacağına inam ifadə ediblər.

Söhbət zamanı Tahir Rzayev qonaqlara Milli Məclisin strukturu, ölkəmizdə bələdiyyə institutunun təşəkkülü və inkişaf tarixi, yerli özünüidarəetmə qurumlarına dair qanun yaradıcılığı, dövlətin bələdiyyələrə qayğısı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın işi və digər məsələlər barədə ətraflı məlumat verib.

Geniş fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclisin deputatları Aydın Hüseynov, Emin Hacıyev və Səbinə Xasayeva, Türkiyə Bələdiyyələr Birliyi Baş katibinin müavini Kayhan Özüm və qurumun əməkdaşı Yunus Biçer, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak ediblər.

Paylaş:
497

Son xəbərlər

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib, hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilibBu gün, 15:30“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinə gələnləri xalçaçılıq sənəti ilə tanış edirBu gün, 14:59Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilibBu gün, 14:35Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİBBu gün, 14:06Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşübBu gün, 13:46Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 13:21İlham Əliyev Fatma Səttarovanın ailəsinə və yaxınlarına başsağlığı veribBu gün, 13:15Azad olunan bölgələrdə xeyli silah-sursat tapılıbBu gün, 12:39Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilibBu gün, 12:17Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 12:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:55“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib - FOTOBu gün, 11:27“Antiterror tədbirləri tariximizin ən mühüm hadisələrindən biridir” - Sevinc FətəliyevaBu gün, 11:17Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”Bu gün, 11:00Əmtəə bazarlarında qızılın qiyməti 2 600 dolları ötübBu gün, 10:39DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:21Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün, 10:07Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq13 / 09 / 2024, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar13 / 09 / 2024, 17:31Ölkə əhalisinin sayı açıqlandı13 / 09 / 2024, 17:20
Bütün xəbərlər