Raman Saleh növbəti dəfə Tokio Paralimpiadasının finalına vəsiqə qazanıb | 1news.az | Xəbərlər
İdman

Raman Saleh növbəti dəfə Tokio Paralimpiadasının finalına vəsiqə qazanıb

Qafar Ağayev09:15 - 03 / 09 / 2021
Raman Saleh növbəti dəfə Tokio Paralimpiadasının finalına vəsiqə qazanıb

Azərbaycan üzgüçüsü Raman Saleh növbəti dəfə Tokio Paralimpiadasının finalına vəsiqə qazanıb.

1news.az xəbər verir ki, 100 metr məsafəyə butterfly üsulla üzgüçülük yarışının təsnifat mərhələsində 58,99 saniyəlik göstərici ilə birinci olub və əsas mərhələyə adlayıb.

R.Saleh 100 metr məsafəyə arxası üstə və sərbəst üsulla üzmə yarışlarında ölkəmizin aktivinə iki qızıl medal yazdırın. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutub.

Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Paylaş:
435

Son xəbərlər

Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının görüşü keçirilirBu gün, 12:47Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşirBu gün, 12:37Dekabrın 6-da hava necə olacaq? - ProqnozBu gün, 12:26Gəncədə itlərin vurulması ilə bağlı görüntülər araşdırılırBu gün, 12:22Milli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı layihəni müzakirə edirBu gün, 12:16“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdəBu gün, 11:49Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilibBu gün, 11:48“Sənaye Təhlükəsizliyi Zirvəsi” uğurla başa çatdı! - FOTOBu gün, 11:35Səhiyyə Nazirliyindən 10 yaşa qədər uşaqların qızılcaya qarşı peyvəndi ilə bağlı əhaliyə müraciətBu gün, 11:22Azərbaycan Prezidenti Tailand Kralını təbrik edibBu gün, 11:18ASCO korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini davam etdirir - VİDEOBu gün, 11:17Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıbBu gün, 11:06Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıbBu gün, 11:03Azərbaycan və Kuba arasında ilk siyasi məsləhətləşmələr keçirilib - FOTOBu gün, 10:54Şagirdlərin fövqəladə hallarda davranışı ilə bağlı tədbirlər keçirilibBu gün, 10:41HHM bölmələrində döyüş atışları icra olunub - VİDEOBu gün, 10:03Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə cüzi ucuzlaşıbBu gün, 10:02Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıbBu gün, 09:53“İçərişəhər” və “İçan-Qala” arasında əməkdaşlıq protokolu imzalanıbBu gün, 09:50Ötən gün vətəndaşlardan 39 silah götürülübBu gün, 09:40
Bütün xəbərlər

Next TV