Avqustda istehlak qiymətləri artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avqustda istehlak qiymətləri artıb

Qafar Ağayev13:10 - 15 / 09 / 2021
Avqustda istehlak qiymətləri artıb

2021-ci ilin avqust ayında istehlak qiymətləri indeksi iyul ayı ilə müqayisədə 100,5 faiz, 2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,8 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin avqust ayında iyul ayı ilə müqayisədə 100,3 faiz, 2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103 olub. 2021-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayı ilə müqayisədə 100,8 faiz, 2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,4 faiz təşkil edib. 2021-ci ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi iyul ayı ilə müqayisədə 100,3 faiz, 2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,2 faiz olub.

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər