“Nar” qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar” qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı

19:31 - 17 / 09 / 2021
“Nar” qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı

“Nar” ənənəsinə sadiq qalaraq bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı.

Ən yüksək nəticə göstərmiş Əbil Şəfiyev (697,1 bal), Ayxan Kazımov (695,5 bal) və Kamil Əfəndiyevə (692,5 bal) mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrələri və hədiyyə kartları təqdim edildi.

“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ilin uğurlu gəncləri ilə görüşüb və onlara gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanlarında on minlərlə gənc arasında ən yaxşı üçlüyə daxil olmağınız münasibətilə sizi təbrik edirəm! Bu böyük müvəffəqiyyət sizin zəhmətkeşliyinizin və savadınızın göstəricisidir. İnanıram ki, bilik və bacarıqlarınızı daha da təkmilləşdirərək öz ixtisasınızın peşəkarları olacaq və daha da böyük nailiyyətlər əldə edəcəksizin. Sizin kimi gənclərin cəmiyyətin inkişafı və ölkənin tərəqqisi üçün çox faydalı işlər görəcəyinə əminəm”.

Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Reklam hüququnda

Paylaş:
295

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər