Kənd təsərrüfatı məhsullarının istehsalı 5 faiz artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kənd təsərrüfatı məhsullarının istehsalı 5 faiz artıb

Qafar Ağayev14:46 - 20 / 09 / 2021
Kənd təsərrüfatı məhsullarının istehsalı 5 faiz artıb

2021-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 105,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, ümumi məhsulun 2 milyard 894,4 milyon manatı heyvandarlıq, 3 milyard 210,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artım olub.

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər