Ceyhun Bayramov ABŞ-a səfərə gedib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

Qafar Ağayev10:18 - 20 / 09 / 2021
Ceyhun Bayramov ABŞ-a səfərə gedib

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər