Könül Nurullayeva: Dünya birliyi də anlayır ki, Azərbaycanın təklif etdiyi sülh sazişi regionu əməkdaşlıq platformasına çevirəcək | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: Dünya birliyi də anlayır ki, Azərbaycanın təklif etdiyi sülh sazişi regionu əməkdaşlıq platformasına çevirəcək

S.Xankişiyeva15:20 - 24 / 09 / 2021
Könül Nurullayeva: Dünya birliyi də anlayır ki, Azərbaycanın təklif etdiyi sülh sazişi regionu əməkdaşlıq platformasına çevirəcək

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il icra olunmamış qaldığını xatırlatmaqla ikili standartların və selektiv yanaşmanın yolverilməz olduğunu bir daha diqqətə çatdırdı.

Azərbaycanın haqlı tələbi ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.

Regionun hazırki vəziyyətinə gəlincə, beynəlxalq ictimaiyyət də münaqişə başa çatdığından Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu görür. Dünya birliyi də anlayır ki, əslində belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin Ermənistanın bu təkliflə bağlı müsbət reaksıyasının olmaması bölgədə sülh və təhlükəsizliyin qorunmasına çalışan bütün tərəfləri düşündürməlidir.

Bu gün Azərbaycan öz maliyyə vəsaiti hesabına azad olunmuş ərazilərdə irimiqyaslı bərpa işlərinə start verib. Dövlət başçımız bərpa prosesinə xərclənən maliyyə vəsaitini də açıqladı-təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Biz heç kimdən maliyyə yardımı istəmirik. Prezidentin də söylədiyi kimi, bu gün əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Üstəlik, mina xəritələrinin verilməməsi səbəbindən 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olub, 130 nəfər isə yaralanıb. Təəssüf ki, Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi, üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyinin cəmi 25 faiz olması beynəlxalq ictimaiyyətin bu məsələdə hərəkətverici güc kimi roluna ehtiyac yaradır. Ermənistan azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini təqdim etməyə məcbur edilməlidir.

Dövlət başçımız “sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir” söyləməklə bütün tərəflərin məsuliyyətini xatırlatdı. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulması ilə bağlı BMT tribunasından çağırış edən Prezident İlham Əliyev ölkəmizin bu regionda çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitliyin, bərqərar olunmasına xidmət edən səyləri dəstəklədiyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Burada prosesi pozan tərəfə qarşı beynəlxalq səviyyədə qınaq olmalıdır.

Paylaş:
407

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər