“Biz hansısa məsələnin ATƏT-in kənardan müdaxilə edərək həll etməsinə imkan verə bilmərik” - Fazil Mustafa | 1news.az | Xəbərlər
Siyasət

“Biz hansısa məsələnin ATƏT-in kənardan müdaxilə edərək həll etməsinə imkan verə bilmərik” - Fazil Mustafa

16:29 - 24 / 09 / 2021
“Biz hansısa məsələnin ATƏT-in kənardan müdaxilə edərək həll etməsinə imkan verə bilmərik” - Fazil Mustafa

"Biz öz ərazimizdə hansısa bir məsələnin ATƏT-in kənardan müdaxilə edərək həll etməsinə imkan verə bilmərik".

1news.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Fazil Mustafaya məxsusudur.

“Necə ki, Ermənistan, Rusiya və s. dövlətlər buna imkan vermir. Azərbaycan da müstəqil bir dövlətdir və niyə buna imkan verməlidir? Ona görə də bu məsələ hesab edirəm ki, Ermənistana 10 noyabr bəyənatının xatırladılması prosesi olacaq. Yəni biz Laçın koridorunu açmışıq, buyurun Zəngəzur dəhlizini də siz açın. Açmırsınızsa, biz Laçın koridorunu mübahisələndirməyə başlayacağıq. Niyə sizə yol mövcud olmalıdır, amma bizə yox? Naxçıvanda yaşayan insanlar sizdən qat-qat şəxsiyyətli və ləyaqətli insanlardır. Necə olur onun yolu yoxdur, amma sizin yolunuz var? Siz hələ terrorçusunuz, separatçısınız, Azərbaycan insanına qarşı aşağılıq şəkildə Xocalı faciəsini törətmiş kəslərsiniz. Sizə niyə yol verməliyik? Ona görə də bu məsələ müzakirə olunacaq və bizim müzakirədən yayınmağımıza hansısa bir ehtiyac yoxdur. Getməliyik və orada konkret mövqeyimizi ortaya qoymalıyıq. Mövqeyimizlə razılaşmasalar da atalar demiş, “Ağa durur, ağacan durur”. Öz yolumuzu davam edib, ərazimizdə olan problemləri həll edəcəyik”- deyə, millət vəkili əlavə edib.

Aytən Sakitqızı

Paylaş:
352

Son xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25
Bütün xəbərlər