Fəzail Ağamalı: “Azərbaycan Ordusu “Böyük Ermənistan” mifini yerlə yeksan etdi”
"Xalqımıza qürur yaşadan, dünya erməniliyinə sarsıdıcı zərbələr vuran, 200 ildən başlayaraq himayədarlarının hərtərəfli köməyi və dəstəyi ilə üzərimizə gəlib, tarixi torpaqlarımızda saxta dövlət yaradan yırtıcı və qəddar hay tayfalarının “Böyük Ermənistan” mifini yerlə-bir edən möhtəşəm qələbəmizin başlanğıcı olan 27 Sentyabr2020-ci il tarixi ölümsüzlərin əbədiyyata qovuşduğu əsrə bərabər tarixin başlandığı gündür”.
Bunu 1news.az-a açıqlamasında deputata Fəzail Ağamalı bildirib.
“Müzəffər və xilaskar Ali Baş Komandan İlham Əliyev yaratdığı modern ordu ilə 30 illik erməni işğalına və aramsız xarakter daşıyan təxribatlara son qoymaq üçün 27 Sentyabr 2020-ci ildə iradəsini və qətiyyətini ortaya qoyaraq, qəhrəman Silahlı Qüvvələrimizə əks-hücum əmrini verdi. İllər uzunu işğalçı düşmənə qarşı qisas hissini bütün düşüncə və ruhunda yaşadan igid əsgər və zabitlərimiz, günahsız soydaşlarımızın qanını içən, Xocalı soyqırımını törədən, işğal olunan yurdumuzu, təbiətimizi dağıdan, talan edən vandal düşmənə 44 gün ərzində qan qusdurdu, ordusunu çökdürdü, saxta dövlətinə ağır zərbələr, sağalmaz yaralar vurdu”.
Deputat əlavə edib ki, işğal zamanı və işğaldan sonra yaşayış məskənlərimizi vəhşicəsinə dağıdan, tarixi abidələrimizi məhv və təhqir edən ermənilər aldığı ağır zərbədən nəticə çıxarmaq əvəzinə, hələ də revanşist düşüncələrlə yaşayır, qondarma qurumun statusu haqqında öz himayədarları ilə birlikdə sərsəm fikirlərdən əl çəkmir:
“Hər addımda xalqımızın sarsılmaz iradəsinə söykənən möhtərəm, cənab prezident İlham Əliyevin qətiyyətli dəmir yumruğu düşmənin başı üzərindədi.
Ana Vətən Partiyası 44 günlük zəfər müharibəsində olduğu kimi, bu gün də, gələcəkdə də bütün xalqımızla birlikdə dövlətimizlə, ölkəmizi böyük zirvələrə qaldıran möhtərəm, cənab prezidentimizlə çiyin-çiyinə dayandığını və qısa zaman kəsiyində Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrimizdə də suverenliyimizin təmin edilməsinə əminliyini və dərin inamını bəyan edir”
Aytən Sakitqızı