Haaqa şəhərində Anım Günü ilə əlaqədar “səssiz” yürüş təşkil edilib | 1news.az | Xəbərlər
Siyasət

Haaqa şəhərində Anım Günü ilə əlaqədar “səssiz” yürüş təşkil edilib

Qafar Ağayev12:58 - 27 / 09 / 2021
Haaqa şəhərində Anım Günü ilə əlaqədar “səssiz” yürüş təşkil edilib

Haaqa şəhərində Vətən müharibəsinin ildönümü ilə əlaqədar 27 sentyabr – Anım Gününə həsr olunmuş “səssiz” yürüş və aksiya keçirilib.

1news.az xəbər verir ki, aksiya Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları – Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti və “Ana Vətən ” Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Yürüş Haaqadakı Sülh Sarayından (Vredes Paleis) başlayıb və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin qarşısında başa çatıb. Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını tutan soydaşlarımız qəhrəman şəhidlərimizin fotolarını, “27 sentyabr – Azərbaycanda Anım Günüdür!”, “Qarabağ Azərbaycandır!”, “Biz heç vaxt unutmayacağıq!” və digər şüarları nümayiş etdiriblər.

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər