Ceyhun Bayramov: Azərbaycan və Çex Respublikası arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir
“Azərbaycan və Çex Respublikası arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir".
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Çexiyalı həmkarım ilə görüşdə ölkələr arasında münasibətlər, beynəlxalq platformada əməkdaşlıq və bu əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparıldı".
XİN rəhbəri qeyd edib ki, Azərbaycan və Çexiya arasında iqtisadi sahədə əməkdaşlıq da əhəmiyyətli səviyyədədir.
“Azərbaycan enerji sahəsində Çexiyanın əsas tərəfdaşlarından biridir. Digər sahələrdə, o cümlədən İT, alternativ enerji, tranzit, turizm sahəsində əməkdaşlıq imkanları var. Ələt Azad İqtisadi Zonası çexiyalı nazirin diqqətini çəkib. İşğaldan azad olunmuş ərazilərin bərpası da ayrıca müzakirə olunub. Hesab edirik ki, bu sahədə əməkdaşlıq potensialı böyükdür. 2022-ci ildə Çexiya Avropa Şurasına sədrlik edəcək ki, bu da əlaqələrimiz üçün yeni imkanlar yaradacaq”, - deyə C. Bayramov qeyd edib.
Qafar Ağayev